Latviyada çempion bəlli oldu

Futbol üzrə Latviya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Riqa” mövsümün başa çatmasına iki tur qalmış qızıl medalları təmin edib.

Buna liderin əsas izləyicisi RFS-in səfərdə “Liepaya”ya 0:1 hesablı məğlubiyyəti də şərait yaradıb. 25 oyuna 69 xal toplayan “Riqa” son iki turda uduzsa belə, mövsümü lider kimi başa vuracaq. Çünki ikinci pillədə qərarlaşan RFS-in hazırda 60 xalı var.

Qeyd edək ki, bu, “Riqa”nın həm bütövlükdə, həm də ardıcıl üçüncü çempionluğudur. 2014-cü ildə yaradılmış bu klub 2018 və 2019-cu illər mövsümünün də qalibi olub.