“Latsio”da yeni müqavilə

“Latsio” klubu futbolçusu Luis Alberto ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçuyla imzalanan yeni müqavilənin müddəti 2025-ci ilədək nəzərdə tutulur.  Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayınadək hesablanmışdı.

2016-cı ildən “Latsio”nun şərəfini qoruyan ispaniyalı futbolçu, komandada keçirdiyi 136 oyunda 26 qolla yadda qalıb.