“Latsio”nun yeni bombardiri

“Latsio” İtaliya A Seriyasının 36-cı turunda “Parma”nı məğlub edib – 1:0.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinə qələbə qazandıran qolun müəllifi Çiro İmmobile klubun tarixinə düşüb. Bu barədə “Latsio”nun mətbuat xidməti məlumat yayıb.

İtalyan hücumçunun “Parma”ya vurduğu qol onun “Latsio”dakı 150-ci qolu olub. İmmobile bununla da, klub tarixinin ən çox qol vuran futbolçusu olub.

“Latsio”da bundan əvvəlki bombardir Silvio Pioli idi. Keçmiş hücumçu 149 qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button