30 il gözlədilər

“Latsio” İtaliya A Seriyasının 11-ci turunda “Milan”ı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt klubu 30 ildən sonra ilk dəfə səfərdə “Milan”ı məğlub etməyi bacarıb. “Latsio” sonuncu dəfə 1989-cu ildə Milan səfərindən qələbə ilə ayrılmışdı.

2:1 hesabıyla bitən görüş həm də, “Latsio”nun futbolçusu Çiro İmmobile üçün əlamətdar olub. Görüşdə hesabı açan italyan hücumçu, komandanın heyətində 100-cü qolunu vurub. O, buna 147 oyunda nail olub. İmmobile bu qolların 77-ni sağ ayaq, 11-ni sol ayaq, 12-ni isə başla vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button