“Lans”ın elitaya çıxmaq şansı azaldı

Futbol üzrə Fransa çempionatına vəsiqə uğrunda pley-off oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Liqa 1-də 20 kollektiv arasında 18-ci yeri tutan “Dijon” elitadakı yerini qorumaq üçün Liqa 2-dən gələn “Lans”la mübarizə aparır.

Bu kollektivlər arasındakı ilk oyun “Lans”ın meydanında baş tutub. Hesabı 49-cu dəqiqədə meydan sahibləri açsa da, 81-də qonaqlar bərabərlik qoluna imza atıblar. İlk qarşılaşma 1:1 hesabıyla yekunlaşıb.

Cavab görüşü iyunun 2-də “Dijon”un meydanında keçiriləcək. Cütün qalibi elitada, məğlub olan isə Liqa 2-də mübarizə aparacaq.