La Liqanın lideri David Silvanı itirdi

İspaniyanın “Real Sosyedad” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqanın lideri aparıcı futbolçusu David Silvanı itirib.

Ötən mövsümün sonunda İngiltərə təmsilçisi “Mançester Siti”dən heyətə cəlb edilən ulduz futbolçu zədə səbəbindən komandasının qarşıdakı bir neçə matçını buraxacaq. Həkimlər 34 yaşlı yarımmüdafiəçinin arxa ayaq əzələsindən xəsarət aldığını açıqlayıb.

Silva ilə yanaşı, Con Quridi də sıradan çıxıb. Silva “Kadis”lə çempionat matçında sıradan çıxıbsa, Quridi son məşqlərin birində zədələnib. Hər iki oyunçu bir müddət məcburi istirahət edəcək. Amma onların dəqiq sıraya dönəcəyi tarix bilinmir.

Qeyd edək ki, La Liqanın ilk 10 oyununda 23 xal toplayan “Real Sosyedad” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.