La Liqanın daha iki klubunda koronavirusa yoluxanlar var

İspaniyanın “Vilyarreal” və “Betis” klublarında koronavirusa yoluxmalar qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

“Vilyarreal”da bir, “Betis”də isə iki nəfərin koronavirus testi müsbət nəticə verib. Onların futbolçu və ya klub işçisi olması açıqlanmır. Xəstəliyi simptomsuz və yüngül keçirən həmin şəxslər ev şəraitində karantinə alınıblar.

Qeyd edək ki, son günlərdə “Barselona” və “Real” da başda olmaqla bir sıra İspaniya klublarında koronavirusa yoluxmalar qeydə alınmaqdadı.