Dembelenin cəzası bilindi – “Real”la oyunu buraxacaq?

La Liqanın 8-ci turunun “Sevilya” ilə oyununda qırmızı vərəqə alan “Barselona”nın futbolçusu Osman Dembelenin cəzası məlum olub.

Komanda.az xəbər verir ki, fransız hücumçu iki oyunluq diskvalifikasiya olunacaq. Bu barədə İspaniyanın “Diario Sport” nəşri məlumat yayıb.

“Sevilya” ilə oyunun 88-ci dəqiqəsində hakimi təhqir edən Dembele, birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Dembelenin cəzasının təsdiqlənəcəyi halda, o, “Barselona”nın “Eybar” və “Real”la qarşılaşacağı oyunlarda iştirak etməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button