La Liqaya da, baş məşqçiyə də “əlvida”

İspaniyanın “Hueska” klubu baş məşqçisi Fransisko Rodriqeslə mövsümün sonunda yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rodriqesin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Hueska” La Liqada 37 turdan sonra 30 xalla sonuncu sıradadır. Rodriqesin rəhbərlik etdiyi kollektivin sona bir tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.