La Liqanı tərk edən 3-cü klub da bilindi

Futbol üzrə İspaniya La Liqasını tərk edəcək üçüncü klub da müəyyənləşib.

Komanda.az xəbər verir ki, 37-ci tur çərçivəsində öz meydanında “Levante”yə 1:2 hesabıyla məğlub olan “Jirona”nın da elitadan gedəcəyi dəqiqləşib.

Sona 1 tur qalmış 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür. “Jirona” növbəti mövsümdən İspaniya Sequndasında çıxış edəcək.

La Liqanı tərk etməsi dəqiqləşən digər klublar isə “Hueska” və “Rayo Valyekano”dur.