Əlvida, La Liqa!

İspaniya La Liqasını cari mövsümdə tərk edəcək ilk klub müəyyənləşib.

Komanda.az xəbər verir ki, 36-cı turda “Levante”yə 1:4 hesabıyla məğlub olan “Rayo Valyekano”nun elitanı tərk edəcəyi dəqiqləşib.

Sona 2 tur qalmış 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür. 36 oyuna cəmi 31 xal toplamış “Rayo Valyekano”nun 17-ci pillədə qərarlaşan və 1 oyun az keçirən “Jirona”ya çatması mümkün deyil.

“Rayo Valyekano” növbəti mövsümdən İspaniya Sequndasında çıxış edəcək.