La Liqadan AFFA-ya təbrik FOTO

İspaniya La Liqası Canni De Byazini Azərbaycan millisinin baş məşqçi təyin olunması ilə bağlı təbrik edib.

Komanda.az xəbər verir ki, turnirin rəsmi “facebook” səhifəsində təbrik paylaşımı edilib:

“Sabiq La Liqa məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçi vəzifəsinə təyin olunması münasibətilə təbrik edirik. Təbriklər, AFFA!”

De Byazi İspaniyada “Levante” və “Alaves”i çalışdırıb.