“La Liqadakı çempionluq məni daha xoşbəxt edir” – Zidan

İspaniya La Liqasının 37-ci turunda “Vilyarreal”a 2:1 hesabı ilə qalib gələrək, çempion olan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, La Liqadakı çempionluğu Çempionlar Liqasından daha üstün tutduğu bildirib:

“İlk növbədə futbolçulara təşəkkür edirəm, meydanda döyüşən onlardır. Bu, böyük uğurdur. La Liqanın qalibi olmaq həqiqətən çətindir. La Liqadakı çempionluq məni daha xoşbəxt edir. Çətin dövr keçirsək də, futbolçularla münasibətim hər zaman yaxşı oldu. Onlar son dərəcə peşəkardır, amma əsl vacib olan, bir-birlərinə olan münasibətdir.

Bütün azarkeşlərə təşəkkür edirəm, bu gün burda olmasalar da, ən çətin zamanlarımızda bizimlə birlikdə idilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button