La Liqada yeni mövsümün ilk 3 turunun təqvimi açıqlandı

İspaniya La Liqasının 2019/20-ci il mövsümü üçün ilk 3 turunun təqvimi açıqlanıb.

Komanda.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyada yeni mövsüm avqustun 16-da start götürəcək. “Atletik” öz meydanında son çempion “Barselona”nı qəbul edəcək. Turun qalan oyunları isə 17, 18 və 19 avqust tarixlərində keçiriləcək. “Atletiko” öz meydanında “Xetafe” ilə, “Real” isə səfərdə “Selta” ilə qarşılaşacaq.

La Liqanın ikinci turunun oyunları 23-26 avqust, üçüncü turunun oyunları isə 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.