La Liqanın “qəbirqazan”ı

Cari mövsümün sonunda La Liqanı tərk edəcəyi dəqiqləşən “Rayo Valyekano”nun baş məşqçisi Pako Xemes antirekorda imza atıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xemes, La Liqa tarixində ilk baş məşqçidir ki, çalışdırdığı klublar ardıcıl 4-cü dəfə elitanı tərk edir. Bu mövsüm Xemesin rəhbərlik etdiyi “Rayo Valyekano” sona 2 tur qalmış La Liqada qalmaq şansını itirib.

2015/16 mövsümündə də “Rayo Valyekano”nu çalışdıran Xemes, klubu elitada saxlaya bilməyib. İspan mütəxəssis 2016/17 mövsümündə “Qranada”, 2017/18 mövsümündə isə “Las Palmas”a rəhbərlik edərkən La Liqa ilə vidalaşıb.