Messi yenə fərqləndi

İspaniya La Liqasında noyabrın ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Barselona”nın futbolçusu Lionel Messidir. Argentinalı hücumçu La Liqada ötən ay keçirdiyi 3 oyunda 4 qol vurub.