La Liqada klubunu dəyişdi

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqada mübarizə aparan sözügedən klub elitanın digər təmsilçisi “Real Sosyedad”dan Ximenes Xuanmini rənglərinə bağlayıb. Bu barədə Sevilya klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

“Malaqa”nın yetirməsi olan ispaniyalı futbolçu 2016-cı ildən “Real Sosyedad”da çıxış edirdi. O, karyerası ərzində “Rasinq” və İngiltərənin “Sauthempton” klublarının da şərəfini qoruyub. İspaniya yığmasında 1 oyun keçirmiş Xuanmi, La Liqada bütövlükdə 254 oyun keçirib, 52 qola imza atıb, 15 məhsuldar ötürmə müəllifi olub.