La Liqanın 32 günü

Koronavirus səbəbiylə dayandırılan İspaniya La Liqasının bərpası ilə bağlı detallar məlum olub.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, çempionat gözlənildiyi kimi, iyunun 11-də başlayacaq və iyulun 12-dək ardıcıl 32 gün, hər gün azı bir oyun keçiriləcək. Hər bir komandanın növbəti oyuna hazırlaşmaq üçün azı 72 saat vaxtı olmalıdır.

Son iki turun oyunları isə eyni gündə – iyulun 15 və 19-da keçiriləcək.

Oyunların yeni təqviminin yaxın günlərdə açıqlanması gözlənilir.