La Liqa klubunun hücumçusu koronavirusa yoluxdu

İspaniyanın “Valyadolid” klubunun hücumçusu Jota koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə portuqaliyalı forvardın COVİD-19 testinin pozitiv çıxdığı və bu üzdən karantinə alındığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Jotadan öncə də “Valyadolid”in koronavirusa yoluxan futbolçuları var idi. 21 yaşlı hücumçu La Liqa təmsilçisində koronavirus aşkarlanan üçüncü oyunçudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button