La Liqa klubunda yeni müqavilə

“Valensiya” futbolçusu Dani Parexonun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçiylə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Parexonun yeni müqaviləylə, transfer məbləği 50 milyon avro müəyyənləşdirilib.

2011-ci ildən “Valensiya”da forma geyinən ispan futbolçu, cari mövsümdə 30 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.