La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Osasuna” klubu müdafiəçisi Unay Qarsiya ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı ispan futbolçu ilə yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir. Bu müddət ərzində onu transfer etmək istəyən klub “Osasuna”ya 12 milyon avro təzminat ödəməlidir.

Qeyd edək ki, Qarsiya “Osasuna”nın öz yetirməsidir. O, yalnız 2015-ci ildə qısa müddət “Tudelano”da forma geyinib.