La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Vilyarreal” klubu yarımmüdafiəçisi Santi Kasorla ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

O, 2019/20 mövsümünün sonunadək La Liqa təmsilçisinin uğurları üçün tər tökməyə davam edəcək. Məlumatı klubun rəsmi saytı yayıb.

Kasorla geridə qalan mövsümdə “Vilyarreal”la 46 oyuna çıxıb, 7 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.