La Liqa klubunda daha bir itki

İspaniyanın “Valensiya” klubu itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Fransis Koklen zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun zədəsi ciddi olsa da, hələlik, yaşıl meydanlardan nə qədər kənarda qalacağı bilinmir. Bunun yaxın günlərdə dəqiqləşəcəyi diqqətə çatdırılıb.

28 yaşlı fransalı yarımmüdafiəçi “Atletiko”da 2018-ci ildən çıxış edir. O, bu mövsüm 18 oyunda forma geyinib.

“Valensiya”da Yasper Sillesen, Kevin Qameyro, Kristiano Piççini və Manu Valyexo, Esekyel Qaray da zədədən əziyyət çəkir.