La Liqa klubunda ciddi itki

İspaniyanın “Selta” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Denis Suares sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son məşqlərin birində zədələnən futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. 26 yaşlı futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir.

İspaniyalı futbolçu “Selta”da bu mövsümün əvvəlindən forma geyinir. O, bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button