La Liqa klubunda ciddi itki

İspaniyanın “Valensiya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Rodriqo zədələnib.

O, La Liqa çərçivəsində baş tutan “Atletik”lə qarşılaşmada sıradan çıxıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 29 yaşlı futbolçunun sağ dizindən aldığı zədə onu bir müddət yaşıl meydanlardan kənarda saxlayacaq. Amma Rodriqonun dəqiq bərpa müddəti açıqlanmayıb.

“Valensiya” 33 oyuna topladığı 46 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb. Rodriqo bu oyunlardan 27-də meydanda olub və 4 qolla yadda qalıb.