La Liqa klubunda baş məşqçi istefası

İspaniyanın “Espanyol” klubu baş məşqçisi Visente Morenonu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Moreno 2020-ci ilin avqust ayından “Espanyol”u çalışdırırdı.

“Espanyol”u qarşıdakı “Valensiya” ilə oyuna əvəzedici komandanın baş məşqçisi Luis Blankonun hazırlayacağı diqqətə çatdırılıb.

“Espanyol” Morenonun rəhbərliyi ilə bu mövsüm La Liqada çıxdığı 36 oyunda 10 qələbə qazanıb, 16 dəfə məğlub olub və 10 dəfə heç-heçə edib. Komanda turnir cədvəlində 40 xalla 13-cüdür.