La Liqa klubunda baş məşqçi istefası

İspaniyanın “Alaves” klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, komandanı Xavier Kabellonun çalışdıracağı bildirilib.

Maçin ötən ilin avqustundan “Alaves”i çalışdırırdı.

Cari mövsümdə 18 turdan sonra 18 xal toplayan “Alaves” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.