La Liqa klubunda baş məşqçi dəyişikliyi

İspaniyanın “Espanyol” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Abelardo Fernandeslə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın uğursuz çıxışı səbəbindən çalışdırıcının müqaviləsinə xitam verilib.

Fernandes cari mövsüm “Espanyol”dan qovulan 3-cü baş məşqçi olub. Komanda mövsümə David Qaleqonun rəhbərliyi altında başlasa da, oktyabrda onu Pablo Maçin əvəz edib. İl sonunda isə Maçin yola salınıb.

Baş məşqçi postu müvəqqəti olaraq idman direktoru Rufeteyə tapşırılıb. Komandanı La Liqanın 32-ci turunda “Real”la matça məhz sabiq futbolçu çıxaracaq.

Qeyd edək ki, “Espanyol” hazırda 24 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.