La Liqa klubunda argentinalı hücumçu

İspaniyanın “Osasuna” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi argentinalı hücumçu Xonatan Kalyerini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu Uruqvayın “Deportivo Maldonado” klubundan icarəyə götürülüb.

Kalyeri karyerası ərzində “San Paulo”, “Vest Hem”, “Las Palmas”, “Alaves”, “Espanyol” kimi klublarda da forma geyinib.