La Liqa klubunda 4 oyunluq baş məşqçi

İspaniyanın “Alaves” klubu baş məşqçisi Xuan Ramon Lopes Munislə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqada klubun rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssisin La Liqa təmsilçisindəki fəaliyyət dövrü qısa sürüb. Belə ki, bu ayın 5-də komandaya baş məşqçi təyin edilən Munis “Alavesi”i 4 La Liqa oyununa çıxarıb. Komanda “Barselona” (0:5) və “Real”a (0:2) uduzsa da, “Betis” (2:1) və “Xetafe” (0:0) ilə oyunda 4 xal toplayaraq La Liqada qalmağı bacarıb.

Lakin klub rəhbərliyi ispan məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Onun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, “Alaves” mövsümü 39 xalla 16-cı pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button