La Liqa klubu futbolçuların məvacibini azaltdı

İspaniyanın “Espanyol” klubu futbolçularının məvaciblərini azaltmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən addım dünyada, eləcə də İspaniyada sürətlə yayılan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhranla bağlıdı.

Klub rəhbərliyinin qərarına əsasən, həm oyunçuların, həm də digər işçi heyətinin məvacibində 70 faizə qədər endirim edilib. Bura məşqçilərlə yanaşı həkimlər də daxildi.