La Liqa klubu baş məşqçisini istefaya göndərdi

İspaniyanın “Alaves” klubu baş məşqçisi Abelardo Fernandes ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Klub ispan məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Alaves” La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb. Abelardo Fernandes yanvarın 12-də baş məşqçi təyin olunmuşdu.