Kyellini “Yuventus”la vidalaşır

“Yuventus”un futbolçusu Corco Kyellini mövsümün sonunda klubdan ayrılacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı müdafiəçi mövsümün sonunda Turin klubunu tərk edəcəyini təsdiqləyib:

“Yerimi gənclərə verirəm. Çünki növbəti mövsümdə burada olmayacam. Bazar ertəsi stadionda azarkeşlərlə vidalaşacam. “Fiorentina” ilə qarşılaşma isə son oyunum olacaq. Mən pərəstişkarı olacağım bu komanda ilə də vidalaşacam. “Yuventus” həmişə ürəyimdə olacaq”.

37 yaşlı futbolçu 2005-ci ildən “Yuventus”da çıxış edir. O, MLS klublarından təklif alıb.