Kyellini bu klubun formasını geyinə bilər

Xəbər verdiyimiz kimi, italiyalı futbolçu Corco Kyellini “Yuventus”dan ayrılacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını “Los-Anceles” klubunda davam etdirə bilər. MLS klubu 37 yaşlı italiyalı ilə 1,5 illik müqavilə imzalamağa hazırdır.

Kyellini 2005-ci ilin iyulundan “Yuventus”da çıxış edir. O, cari mövsümdə komandanın heyətində 26 oyuna çıxıb və qol vurmayıb.