“Kxedira ilə birlikdə çalışmağı istəyərdim, amma…” – Ançelotti

“Everton”un baş məşqçisi Karlo Ançelotti “Yuventus”un futbolçusu Sami Kxediranın mümkün transferi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ançelotti, 33 yaşlı futbolçuyla birlikdə çalışmaq istədiyini bildirib:

“Kxediranı “Real”dan xatırlayıram və onunla bağlı yaxşı xatirələrim var. O, əla futbolçudur. Kxedira ilə birlikdə çalışmağı istəyərdim, amma çalışmaq istədiyim tək insan o deyil. Karyeram boyunca bir çox yaxşı futbolçularla birlikdə çalışmışam və hamısı ilə bağlı yaxşı xatirələrim var. Transferlərlə bağlı diqqət etməyimiz lazım olan başqa nüanslar var”.

Almaniyalı futbolçunun “Yuventus”la müqaviləsi cari mövsümün sonunda başa çatır. Klub ona yeni müqavilə təklif etməyib.