Kurban Berdıyev: “İkinci hissədə çox səhv etdik”

Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • İki fərqli hissə oldu. Hesabda önə keçəndən sonra üstünlüyümüzü qorumağa çalışdıq. İkinci hissədə “Qarabağ” oyunun nəticəsini dəyişməyi bacardı.
  • Dünən qələbədən danışırdız. Bu gün meydandakı atmosfer necə idi?
  • Yaxşı atmosfer var idi. Meydan sahiblərinə yaxşı dəstək var idi.
  • Bu gün sərgilədiyiniz oyunu necə ifadə edə bilərsiz?
  • Çətin qrupda yer almışıq. Bütün rəqiblərimiz güclüdür. İkinci hissədə çox səhv etdik. “Qarabağ” qələbəyə layiq idi. İkinci hissədə hesabı qorumağa çalışdıq, amma alınmadı.
  • 90 dəqiqə ərzində bütün standart vəziyyətlər olanda gəlib otururduz, bitən kimi isə ayağa qalxırdız. Bu, nə ilə bağlıydı?
  • Qaydalara görə, standart vəziyyətlər zamanı iki məşqçi ayaq üstə qala bilməz. Bu səbəbdən, mən oturdum, digər məşqçi ayaq üstə qaldı (kinayəli cavab).
  • Qrupdan çıxmaq şansınız necədir?
  • Bu oyundan sonra şanslarımız daha az qaldı. Amma sona qədər mübarizəmizi davam etdirəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button