Kumanın Salah arzusu

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu “Barselona”nın maraq dairəsindədir. Kataloniyalıların yeni baş məşqçisi Ronald Kumanın Salahın transferini xüsusilə istədiyi bildirilir. Mənbənin məlumatına görə, 28 yaşlı futbolçu da “Barselona”ya qatılmağa müsbət yanaşır.

2017-ci ildən “Liverpul”un şərəfini qoruyan Salahın klubla müqaviləsi 2023-cü ilin yayında bitir.