“Daha yaxşısını istəyiriksə, yeni futbolçular almalıyıq” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın vəziyyəti və transferlərlə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kuman, yeni futbolçuların gəlməsinin lazım olduğunu bildirib:

“Kifayət qədər futbolçumuz yoxdur, amma bunda klubun vəziyyətinin rol oynadığını bilirik. Transfer olmasa, bunu başa düşərəm. Amma daha yaxşısını istəyiriksə, yeni futbolçular almalıyıq.

“Barselona”da oynayan hər bir futbolçu tələbkar olmalıdır. Onlara kömək etmək istəyirəm”.