Kumandan Ter Ştegenin durumu ilə bağlı açıqlama

İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre Ter Ştegenin vəziyyətinə aydınlıq gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Ronald Kuman məlumat verib.

O, alman qapıçının keçirdiyi diz əməliyyatından sonra bərpa məşqlərini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Ter Ştegen La Liqanın 7-ci turunda keçiriləcək “Real”la oyunu buraxacaq.

“Barselona” ilə “Real” arasında keçiriləcək “el klasiko” matçı oktyabrın 25-də olacaq.