Maaşının azalmasına razıdır – təki klubunda qalsın

“Napoli”nin mərkəz müdafiəçisi Xalidu Kulibali klubu ilə müqaviləsini uzatmaq istəyir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, klubda qalmaq üçün maaşının azalmasına da hazırdır. Avropanın bir sıra aparıcı klublarının ona maraq göstərməsinə baxmayaraq, seneqallı müdafiəçi “Napoli”ni tərk etməyi planlaşdırmır. Kulibali hətta gələcəkdə karyerasını Neapolda bitirməyə hazırdır.

Kulibali bu yay klubdan ayrılmasa, yeni mövsümdən “Napoli”nin kapitanı olacaq.

Futbolçu 2014-cü ildən Neapol komandasında çıxış edir. 30 yaşlı müdafiəçi ötən mövsüm A Seriyasında 27 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button