Kubalı qadından şok iddia – Maradona ona təcavüz edib

Kubalı qadın Mavis Alvares mərhum futbolçu Dieqo Maradonanın 20 il əvvəl ona təcavüz etdiyini iddia edib.

Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı Alvares, Argentina mətbuatına açıqlamasında deyib.

Mavis Alvares Maradonanın ona 16 yaşında təcavüz etdiyini və onu narkotikaya öyrəşdirdiyini deyib. O, fikirlərini belə ifadə edib:

“Uşaq olanda Maradona tərəfindən cinsi təcavüzə məruz qaldım. O, uşaqlığımı əlimdən aldı. Maradona Kubanın ovaxtkı lideri Fidel Kastro ilə dost idi və buna görə, ailəm bu məsələdə səssiz qaldı”.

Maradona ötən ilin noyabrında vəfat edib.