Kuarejma “Beşiktaş”ı digər Super Liqa klubuna dəyişdi

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu elitanın digər təmsilçisi “Beşiktaş”dan Rikardo Kuarejmanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı portuqaliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerasına ölkəsinin “Sportinq” klubunda başlayan təcrübəli futbolçu “Barselona”, “Portu”, “İnter” və “Çelsi”də də oynayıb. O, “Beşiktaş”a iki fərqli dönəmdə gəlib və bütövlükdə 8 mövsüm İstanbul təmsilçisinin uğurları üçün çalışıb. Portuqaliyalı ulduz “qara qartallar”la çıxdığı 154 Super Liqa matçında 21 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button