Kroos düşünmək üçün vaxt istədi

“Real” yarımmüdafiəçisi Toni Kroosla müqavilə müddətini uzada bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi alman yarımmüdafiəçiyə müqaviləni 2024-cü ilə qədər uzatmağı təklif etsə də, o, düşünmək üçün vaxt istəyib.

32 yaşlı futbolçu növbəti mövsümdə hansı vəziyyətdə olacağını görmək istəyir. O, yalnız bundan sonra Madrid klubundakı gələcəyi ilə bağlı qərar verəcək.

Xəbərdə bildirilir ki, alman futbolçu Madrid həyatını sevir, “Real”ın baş məşqçisi Karlo Ançelotti isə onu əvəzolunmaz oyunçu hesab edir.

Kroos 2014-cü ilin iyulundan “Real”da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button