Krivotsyuk darmadağını kənardan izlədi

Futbol üzrə Polşa çempionatında 12-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Lex”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Visla” 12 turdan sonra 13 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button