Krivotsyuk darmadağını kənardan izlədi

Futbol üzrə Polşa çempionatında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yagelloniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Visla” 8 turdan sonra 10 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.