Ronaldo “Barselona”ya təklif olundu

Kriştiano Ronaldonun agenti Jorje Mendeş müştərisinə yeni klub axtarışındadır.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” portalı məlumat yayıb. Xəbərdə, “Yuventus”un da koronavirus pandemiyasına görə yaranan maliyyə sıxıntıları səbəbindən Ronaldonu satmaq istədiyi qeyd olunub.

Mendeşin Ronaldonu keçmiş komandası “Real” və onun əzəli rəqibi “Barselona”ya da təklif etdiyi iddia olunur. Portuqaliyalı hücumçu 2009-2018-ci illər aralığında “Real”da forma geyinib.

2018-ci ilin iyulundan “Yuventus”da forma geyinən 35 yaşlı hücumçunun Turin klubuyla müqaviləsi 2022-ci ilin yayına qədərdir.