“Ronaldo və “Yuventus” məni çox təsirləndirdi” – Messi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Lion”a 5:1 hesabı ilə qalib gələn “Barselona”nın hücumçusu Lionel Messi açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu, qalib gəldikləri oyunu belə şərh edib:

“Hesab 2:1 olarkən əziyyət çəkdik, amma 3:1-dən sonra rahat oynamağa başladıq. Oyuna da qol vurmaq istəyi ilə başlamışdıq. Qol vuranda çox rahat olub, rəqib qarşısında sakit oynamağa başlayırıq və ən yaxşı “Barselona”nı göstəririk”.

31 yaşlı futbolçu, “Atletiko”nu 3:1 hesabı ilə məğlub edən “Yuventus” və Kriştiano Ronaldo haqqında da danışıb:

“Çempionlar Liqasında bir çox şeyi sevirəm. “Atletiko” ilə oyunda Ronaldo və “Yuventus” məni çox təsirləndirdi. “Atletiko”nun daha güclü olduğunu düşünürdüm. Kriştiano möhtəşəm bir gecə yaşadı və 3 qol vurdu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button