“Krılya Sovetov”un baş məşqçisindən Ramil Şeydayevlə bağlı açıqlama

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubunun baş məşqçisi Miodraq Bojoviç açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli “Sport24” nəşrinə danışan baş məşqçi, Şeydayevin klubda qalmaq istədiyini deyib:

“Ramil Şeydayevin klubda qalmaq arzusu var. Ancaq onun və mənim arzum başqa, pul isə başqadır. Hər şey şərtlərdən asılıdır. Transferlərlə bağlı bir qədər gözləməliyik. Axı biz hələ tətildən qayıtmamışıq”.

Şeydayev “Krılya Sovetov”la 2018-ci ilin avqustunda bir illik müqavilə bağlayıb.