Kresponun yeni klubu

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo karyerasını ölkəsində davam etdirəcək.

Komanda.az xəbər verir ki, 44 yaşlı mütəxəssis ölkəsinin “Defensa və Xustisiya” klubunun “sükanı arxasına” keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Cari mövsümdə keçirdiyi 16 oyundan sonra 21 xal toplayan komanda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Kresponun son iş yeri Argentinanın “Banfild” klubu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button