“Böyük beşlik”də klublar transferlərə nə qədər pul xərcləyib? SİYAHI

“KPMG Football Benchmark” şirkəti Avropanın 5 böyük liqasında iştirak edən klubların yay transfer pəncərəsi dövründəki xərclərini araşdırıb.

Komanda.az xəbər verir ki, Avropanın “böyük beşlik” ölkələrində son transfer pəncərəsi dövründə ümumilikdə 5,5 milyard avrodan çox pul xərclənib. Bununla da, futbol dünyasında yeni transfer rekorduna imza atılıb.

Bu yay transferlərə ən çox pul xərcləyən İngiltərə klublarıdır. Premyer Liqa təmsilçiləri 1 milyard 500 milyon avro xərcləyib. İkinci sırada isə İspaniya La Liqasıdır. La Liqa təmsilçiləri bu yay transferlərə 1 milyard 300 milyon avro ödəyib:

1 İngiltərə Premyer Liqası – 1 milyard 500 milyon avro
2 İspaniya La Liqası – 1 milyard 300
3 İtaliya A Seriyası – 1 milyard 200
4 Almaniya Bundesliqası – 742
5 Fransa Liqa 1 – 690